Press "Enter" to skip to content

“ASAN Könüllülərinin Diplomatiya Günləri” layihəsi

Bayraqdar.info – “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Bakı Ali Neft Məktəbinin və “Diplomatiya könüllüləri”nin tərəfdaşlığı ilə “ASAN Könüllülərinin Diplomatiya Günləri” layihəsinə başlanıb.

Bu barədə bayraqdar.info-ya sentyabrın 24-də “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, layihənin açılış mərasimində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova iştirak ediblər.

44 günlük Vətən müharibəsinə həsr olunmuş layihənin əsas məqsədi diplomatik-siyasi mübarizənin vacibliyinin müzakirəsi, beynəlxalq arenada Azərbaycanın haqlı mövqeyini konstruktiv şəkildə ifadə edə biləcək gənclər şəbəkəsinin formalaşdırılmasına dəstək verməkdir.

Həmçinin diplomatik fəaliyyətin gənclərə aşılanması, onların siyasi biliklərinin artırılması, sərbəst müzakirə və natiqlik bacarıqlarının təkmilləşdirilməsi əsas hədəflərdir.

Layihə çərçivəsində diplomatiyanın müxtəlif istiqamətləri, ictimai, hərbi, iqtisadi, mədəni və parlament diplomatiyası üzrə həftələrin keçirilməsi nəzərdə tutulur.

Həmçinin layihə müddətində iştirakçılar tərəfindən elmi araşdırma işinin hazırlanması və müxtəlif ekskursiyalar nəzərdə tutulur.

Yekunda layihənin effektivliyinin qiymətləndirilməsi üçün təqdim edilən 3 mövzu üzrə iştirakçılara Azərbaycan və ingilis dillərində öz məqalələri ilə həm yerli, həm də beynəlxalq mətbuatda çıxış etmək şansı yaradılacaq.

Mission News Theme by Compete Themes.