Bayraqdar.info – 2021-ci ilin avqust ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 11 min 485 vahid artaraq 1,7 milyon vahid təşkil edib.
Bu barədə bayraqdar.info-ya sentyabrın 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, bu artım faizlə 0,7 faiz olub.
Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 1 min 14, fiziki şəxslər üzrə 9 min 579, torpaq mülkiyyətçiləri üzrə isə 892 vahid artıb.