Press "Enter" to skip to content

İstanbulda Hulusi Kılıçın kitab təqdimatı

Bayraqdar.info – İstanbulda Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıçın “44 gün Vətən müharibəsi: Hulusi Kılıç informasiya cəbhəsində” adlı kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat, Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, Azərbaycan Türkiyə İş Adamları Birliyinin sədri Camal Yangın, professor Asif Hacıyev, “Yeditepe” Universitetinin dosenti Teymur Rzayev, diaspor və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edənlər Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən, Türkiyənin ölkəmizə qardaş dəstəyindən danışıb. Çıxışçılar həqiqətlərin dünyaya çatdrılmasında Hulusi Kılıçın gərgin əməyindən bəhs ediblər.

Çıxışında Vətən müharibəsi zamanı mətbuata verdiyi açıqlamaların toplandığı kitabı tərtib edən jurnalist Günel Yaza təşəkkür edən Hulusi Kılıç bir daha kitab satışından əldə ediləcək gəlirin YAŞAT Fonduna ianə ediləcəyini diqqətə çatdırıb.

Daha sonra kitabın imza mərasimi keçirilib.

Mission News Theme by Compete Themes.