Press "Enter" to skip to content

İçərişəhərdə “V mövsüm” adlı sərgi

Son yeniləmə: 23 Sentyabr 2021 12:06

Bayraqdar.info – “ABAD” publik hüquqi şəxsin İçərişəhər etno-butikində qurumun yaradılmasının beşinci ildönümünə həsr olunan “V mövsüm” adlı sərgiyə başlanılıb.

Bu barədə bayraqdar.info-ya sentyabrın 23-də “ABAD”dan bildirilib.

Sərgidə təqdim olunan eksponatların bir çoxu ilk dəfə nümayiş etdirilir.

“Eksponatlar “ABAD”ın beş illik fəaliyyətini, Nizami Gəncəvi ilini, Qarabağa qayıdışı və Azərbaycana xas olan dekorativ-tətbiqi xalq sənətkarlığını özündə təcəssüm edir. Ekspozisiyalar “ABAD”çı və məşhur rəssamlar Mir Teymur Məmmədov, Gülnarə Mahmud, Esmira Rəhimli, Fərid Nəcəfov, Elmira Hacıyeva, İlham Səfərli, Natalya Zeynalova, Ruslan Hüseynov və Fuad Cəbrayılova aiddir.

“Qeyd edək ki, “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs Prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Ötən dövr ərzində “ABAD” iri şirkətlər və donor təşkilatların korporativ sosial təşəbbüslərinin icrası üçün alternativ alətə çevrilə bilib. Əldə etdiyi qrantlar hesabına “ABAD” istehsal mərhələsinə qədəm qoymuş “ABAD”çıların 5,3 milyon manat dəyərində məhsulunun satışını həyata keçirib”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.