Press "Enter" to skip to content

Gəncədə milli-xalq musiqi axşamı

Bayraqdar.info – Üzeyir Hacıbəyli adına XIII Beynəlxalq Musiqi Festivalının ən əlamətdar cəhəti ölkənin digər bölgə və şəhərlərində də keçirilməsidir. 22 sentyabrda Gəncədə milli-xalq musiqi axşamı Gəncə Dövlət Filarmoniyasında baş tutub.

Bu barədə xəbər bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən sentyabrın 23-də daxil olub.

Xəbərdə qeyd edilir ki, tədbirdə Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə şəhər regional mədəniyyət idarəsinin rəisi Vasif Cənnətov, Nazirliyin Musiqi sektorunun müdiri Vüqar Hümbətov, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar müəllim Xatirə Həsənzadə iştirak ediblər.

“Konsert F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı ilə baş dirijor, Respublikanın Xalq artisti Ağaverdi Paşayevin idarə etdiyi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin iştirakilə baş tutub. Repertuarı Azərbaycan klassik bəstəkarlarının müxtəlif janrlı əsərlərinin xalq çalğı alətləri orkestri üçün işləmələri, xalq rəqsləri və mahnıları, eləcə də ənənəvi musiqi sənət nümunələri səslənib.” Xəbərdə belə deyilir.

Mission News Theme by Compete Themes.