Press "Enter" to skip to content

Ağdam könüllüləri fəaliyyətə başlayıb

Bayraqdar.info – “Bir Könüllü” Təşkilatı və Prezidentin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi əməkdaşlığa başlayıblar.

Əməkdaşlıq çərçivəsində birgə tədbirlər keçirilib və Ağdam könüllüləri öz fəaliyyətlərinə başlayıblar.

Bu barədə bayraqdar.info-ya sentyabrın 23-də Təhsil Nazirliyindən xəbər verilib.

Xəbərdə bildirilir ki, artıq sentyabr ayının 14-də Prezidentin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi və “Bir Könüllü” Təşkilatının birgə əməkdaşlığı çərçivəsində pandemiya və karantin qaydalarına riayət olunmaqla, 40-dan çox torpaq həsrətində olan Ağdam sakini ilə birgə Ağdam könüllülərinin sözügedən şəhərə ilk səfəri baş tutub. Səfər müddətində Ağdam könüllüləri ziyarətçilərlə birlikdə şəhər gəzintisində iştirak edib, təşkilati işlərdə könüllü dəstəyi göstərib.

“Sentyabr ayının 16-17-də Prezidentin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu, AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı, “Bir Könüllü” Təşkilatının dəstəyi ilə “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.Tədbirin təşkilində “BİR” tələbə-könüllülər könüllü dəstəyi göstəriblər”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.