Press "Enter" to skip to content

“ABAD” bu günə kimi 487 ailəyə dəstək göstərib

Bayraqdar.info – “ABAD” (Ailə Biznesinə Asan Dəstək)  publik hüquqi şəxsin yaradılmasından 5 il ötür. “ABAD” publik hüquqi şəxs Prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.

Ötən müddət ərzində “ABAD” öz fəaliyyətini genişləndirərək çeşidli uğurlar qazanıb. “ABAD”dan bayraqdar.info-ya verilən məlumata görə, bəhs edilən dövrdə qurum öz fəaliyyətini altı regional mərkəz, 10 etno-butik, iki keramika və tətbiqi sənət mərkəzi, müxtəlif marketlər şəbəkələrində təşkil edilmiş 24 “ABAD” bakaleyaları və stendləri, 22 ədəd istehsal konteyneri, iki “ABAD Factory” və iki”ABAD” Məktəb vasitəsilə həyata keçirib.

O da vurğulanıb ki, “ABAD” pilot layihə olaraq fəaliyyətə Masallı rayonunda 7 təssərüfatçı ailə ilə başlayıb. Bu günə kimi 487 ailəyə dəstək göstərib, hazırda onlardan 420-si (334 sənətkar, 79 qida, 5 digər və 1 gigiyenik vasitə) ilə əməkdaşlıq davam etdirilir. “ABAD”çılarla həyata keçirilmiş kommersiya fəaliyyəti nəticəsində onların minlərlə çeşiddə sənətkarlıq, kənd təsərrüfatı və digər müxtəlif növ məhsulları satışa çıxarılıb.

Ötən dövr ərzində “ABAD” iri şirkətlər və donor təşkilatların korporativ sosial təşəbbüslərinin icrası üçün alternativ alətə çevrilə bilib. Əldə etdiyi qrantlar hesabına “ABAD” istehsal mərhələsinə qədəm qoymuş “ABAD”çıların 5,3 milyon manat dəyərində məhsulunun satışını həyata keçirib.

Yaxın persprektivdə “PAŞA Holding”in dəstəyi ilə Quba “ABAD Factory” Qablaşdırma Vasitələrinin İstehsalı Müəssisəsinin fəaliyyətə başlaması, həmçinin dəstək istiqamətlərinin və “ABAD”çıların sayının artırılması nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.