Press "Enter" to skip to content

Vaksin olunmayalara saxta COVID-19 pasportu satanlar tutuldu

Son yeniləmə: 22 Sentyabr 2021 13:15

Bayraqdar.info – “Lerik rayon mərkəzi xəstəxanası” PHŞ-nin Vov kənd tibb məntəqəsində bəzi şəxslərə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə bayraqdar.info-ya sentyabrın 22-də Baş Prokurorluqdan xəbər verilib.

“Araşdırmalarla Lerik rayonu, Siyov kənd sakini Mahir Əliyevin Vov kənd tibb məntəqəsinin müdiri işləyən həmkəndlisi Anar Məstəliyev ilə cinayət əlaqəsinə girərək Bakı şəhərində yaşayan bir neçə şəxsin vaksin vurulmadıqları halda I və II doza vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlər etdikləri müəyyən edilib. Həmçinin, onların həmin məlumatların elektron məlumat bazasına yerləşdirmələrinə əsaslı şübhələr yaranıb. Fakta görə, Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq davam edir”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.