Bayraqdar.info – Sentyabrın 22-də təhsil naziri Emin Əmrullayev Gəncə şəhər İnternat tipli xarici dillər təmayüllü gimnaziyanın açılış mərasimində iştirak edib.
Bu barədə sentyabrın 22-də bayraqdar.info-ya Təhsil Nazirliyindən xəbər verilib.
“Nazir gimnaziyada yaradılmış şəraitlə tanış olub, müəllim və şagirdlərlə görüşərək onlarla səmimi söhbət aparıb və yeni tədris ilinin ilk günü münasibətilə hər birini təbrik edərək uğurlar arzulayıb.
“Qeyd edilib ki, gimnaziyada 2021-2022-ci tədris ilində 623 şagird təhsil alacaq.
“Yeni istifadəyə verilən 674 şagird yerlik gimnaziya 30 sinif otağı, 140 nəfərlik yeməkxana, 288 nəfərlik akt zalı, kitabxana, 2 texnologiya, 2 informatika, 3 laboratoriya, gənclərin çağırışaqədərki hərbi hazırlığı kabineti və idman zalından ibarətdir. Gimnaziyada təhsil alıb yaşayacaq şagirdlər üçün 2 mərtəbəli yataqxana da inşa edilib. Yataqxanada 19 yataq otağı, 1 şahmat, 4 oyun, 2 məşğələ otağı var”, – deyə xəbərdə qeyd edilir.