Press "Enter" to skip to content

KKTC Baş naziri Türkiyədə üç günlük səfərdə olub

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Baş naziri Ersan Saner Türkiyəyə üç günlük səfərini başa vurub.

Bu barədə bayraqdar.info-ya sentyabrın 22-də KKTC-nın Bakıdakı nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı Adana, İskenderun, Hatay və Ankarada görüşlər keçirən Baş naziri vətənə dönüşündə maliyyə naziri Dursun Oğuz müşaiyət edib.

Səfər çərçivəsində Ankara Türkiyənin vitse-prezidenti Fuat Oktayla da görüş olub. Həmin görüşdən sonra keçirilən birgə mətbuat konfransında E.Saner sərbəst bölgə ilə bağlı məsləhətləşmələr aparıldığını və gördükləri müsbət münasibətdən həvəsləndiklərini ifadə edib. Türkiyə vitse-prezidenti F.Oktay isə iqtisadiyyatını yüksəldən güclü bir KKTC istədiklərini vurğulayıb.

Mission News Theme by Compete Themes.