Bayraqdar.info – 2021-2022-ci tədris ilində ilk dərslərin həsr olunacağı mövzu müəyyənləşdirilib.
Təhsil Nazirliyindən bayraqdar.info-ya sentyabrın 21-də verilən xəbərə görə, ilk dərslər I-XI siniflərdə “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq. Bu barədə təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrdə qeyd edilib.
“Əmrdə həmçinin rayon (şəhər) təhsil şöbələrinə ənənəvi tədrisə keçidlə əlaqədar ümumi təhsil müəssisələrində rast gəlinə biləcək problemlərin operativ və şəraitə uyğun şəkildə həllinin təmin edilməsi barədə tapşırıq verilib. Həmçinin, yerli təhsili idarəetmə qurumlarına ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanması, işçilərin qoruyucu maskalardan istifadə etməsi, təhsil müəssisələrində aidiyyatı dövlət qurumları tərəfindən vaxtaşırı dezinfeksiya işlərinin aparılmasının təşkili tapşırılıb”, – deyə xəbərdə bildirilir.