Bayraqdar.info – “Cümhuriyyətimizin 100-cü ildönümü olan 2023-cü ilə addımladığımız bir vaxtda Türkevi binamız beynəlxalq aləmdəki yerimizin də bir əksi olacaq.” Bunu Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Türkiyənin BMT yanında Daimi Nümayəndəliyinin və Nyu-York Baş konsulluğunun yerləşəcəyi yeni Türkevi binasının açılışında deyib.
Türkiyə mətbuatının məlumatına görə, o, binanın bu günkü halına gəlməsində mərhum cümhurbaşqanı Süleyman Demirel başda olmaqla əməyi olanları hörmətlə xatırlayıb.
Cümhurbaşqanı Türkiyənin BMT-dəki daimi nümayəndəliyi və Nyu–Yorkdakı Baş konsulluğu ilə yanaşı KKTC-nin Nyu-York nümayəndəliyinin də Türkevində fəaliyyət göstərəcəyini söyləyib.
BMT binasının tam qarşısında belə bir əhəmiyyətli işin həyata keçirilməsinin xüsusi bir məna daşıdığını vurğulayan R.T.Erdoğan, daha sonra bunları söyləyib: “Birləşmiş Millətlər Təşkilatının qurucu üzvlərindən biri olan Türkiyə, beynəlxalq sülh və təhlükəsizliyin qurulması səylərinə fəal töhfə verir. Beynəlxalq missiyalarda üzərinə götürdüyümüz vəzifələri uğurla yerinə yetirdik və yetiririk. Qlobal problemləri çoxtərəfli əsasda həll etmək üçün böyük səylər göstəririk. “Dünya 5-dən daha böyükdür” deyərək çoxqütblü, çox mərkəzli, multikultural, daha əhatəli bir qlobal nizamı müdafiə edirik”.
“Turkevi binamız da BMT-yə, çoxtərəfliliyə, ədalətə və sülhə olan inancımızn simvoludur. Böyüyən, inkişaf edən və güclənən bir Türkiyənin diplomatik ağırlığının və vizyonunun yeni bir nişanəsini burada yüksəltdik”, – deyə R.T.Erdoğan əlavə edib.
Xatırladaq ki, binanın açılış lentini Cümhurbaşqanı R.T.Erdoğanla yanaşı həyat yoldaşı Emine Erdoğan, BMT Baş katibi Antonio Guterres, KKTC Cümhurbaşqanı Ersin Tatar, Kosovo Prezidenti Vjosa Osmani-Sadriu, Latviya Prezidenti Andris Berzins və Litva Prezidenti Gitanas Nauseda başda olmaqla xarici ölkələrin nümayəndələri kəsib.
Açılış mərasimində Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Mehmet Muş, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, AK Parti Genel başqan yardımçısı Binali Yıldırım və Türkiyənin Vaşinqtondakı səfiri Hasan Murat Mercan, xarici ölkə nümayəndələri və qonaqlar iştirak etdi.
Təxminən 20 min kvadratmetrlik bir sahəsi olan 171 metrlik yüksəklikdə yerləşən yeni Türkevi binası, BMT binasının, UN Plaza və ABŞ-ın BMT Daimi Nümayəndəliyinin yanında yerləşir.
Onu da bildirək ki, Türkevi binasının layihəsi Amerikanın memarlıq firması Perkins Eastman tərəfindən hazırlanıb. Baş memar Jonathan Stark, Türkiyəyə gedərək yoxlama apardıqdan sonra layihənin son formasını hazırlayıb.
Başda Səlcuqlu və Osmanlı olmaqla ənənəvi türk memarlıq motivlərini daşıyan, Anadoludakı 36 etnik xalqı təmsilən 36 mərtəbəli tikilən və adətən bir lalı kimi göyə yüksələn Türkevi binası, Downtown Manhattan, East River ve Long Island City-dən görülə bilir.
Yağış suyunun toplanmasına və istifadəsinə imkan verən saxlama sistemi və yaşıl bina çərçivəsində “Leed Silver 2″ sertifikatına malik olan bina ekoloji cəhətdən təmiz bir göydələn xüsusiyyətinə malikdir.