Press "Enter" to skip to content

Təhsil nazirinin növbəti videoqəbulu

Bayraqdar.info – Təhsil naziri Emin Əmrullayev oktyabrın 1-də saat 16:00-da Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Göyçay, İsmayıllı, Şamaxı və Ağsu rayonlarının sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Xəbər bayraqdar.info-ya sentyabrın 20-də Təhsil Nazirliyindən verilib.

“Qeyd olunan rayonların sakinləri 21-28 sentyabr (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin “146-1” nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə və ya elektron müraciət vasitəsilə videoqəbula yazıla bilərlər.

“Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.