Press "Enter" to skip to content

Ersin Tatar Nyu-Yorkda Türkevinin açılışında

Bayraqdar.info – “Səbirsizliklə gözlənilən Nyu-York Türkevinin açılışının Ana Vətən Türkiyə üçün faydalı olmasını diləyirəm. Bu möhtəşəm binada Kuzey Kıbrıs Türk Cümhuriyyətinə bir nümayəndəlik ofisi imkanı yaradıldığı üçün səmimi təşəkkürümü bildirirəm.”

Bunu KKTC Cümhurbaşqanı Ersin Tatar deyib.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, E.Tatar sentyabrın 20-də Nyu-Yorkda təmasları çərçivəsində Türkevinin açılış mərasiminə qatılıb.

Qeyd edək ki, Türkevində Türkiyə Cumhuriyyəti Nyu-York Baş konsulluğuna bağlı ataşeliklər, Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyi, Türkiyə Mərkəz Bankasının Nyu-York bürosu, bölgədəki türk uşaqları üçün bir məktəb, konfrans və toplantı salonları ilə yanaşı, KKTC-nin Nyu-York nümayəndəliyi də yerləşir.

Mission News Theme by Compete Themes.