Press "Enter" to skip to content

Bu olduqca strateji ve sevindirici bir qərardır

Prof. Dr. Mehmet Yüce

Bayraqdar.info – Xəbər verdiyimiz kimi təhsil naziri Emin Əmrullayevin avqustun 20-də “Ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında” imzaladığı Əmrə əsasən bu ildən başlayaraq Azərbaycan məktəblərində “Ortaq türk tarixi” də tədris ediləcək. Düzdür, bu dərs mütəmadi və bütün məktəblər üçün məcburi deyil. Lakin ekspertlərin fikrincə bunu istənilən halda ilk addım kimi təqdir etmək olar.

Öz növbəsində UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı Prof.Dr.Mehmet Yüce də bu qərarı yüksək dəyərləndirib.

Bayraqdar.info-ya özəl açıqlamasında M.Yüce deyib ki, bu olduqca strateji ve sevindirici bir qərardır:

“Tarix elmləri üzrə akademiklər tərəfindən hazırlanan Ortaq türk tarixinin orta məktəblərdə tədrisi bizim daha da bir olmağımız təmin edəcək. Bu, tanınmış türk mütəfəkkiri İsmayıl Bəy Qaspıralının ifadə etdiyi “Dil, fikir və işdə birlik” prinsipinin daha da geniş şəkildə təbliğinə böyük töhfə verəcək”.

Müsahibimiz deyib ki, bu addımın başqa bir önəmi də var: “Belə ki, bu təşəbbüs, türk dünyasının birliyini pozmaq üçün illərdir dərsliklərə qəsdən qoyulmuş yanlış məlumatları ortadan qaldıraraq gənclərimizin əsl tariximizi öyrənməsinə imkan verəcək”.

Mission News Theme by Compete Themes.