Bayraqdar.info – ABŞ Dövlət katibi Entoni Blinken Ermənistanın müstəqilliyinin 30 illiyi ilə bağlı təbrik məktubu yayınlayıb.
Bu haqda xəbər bayraqdar.info-ya sentyabrın 20-də ABŞ Dövlət Departamentindən daxil olub.
Maraqlıdır ki, xəbərdə Qarabağ məsələsinə də qısa şəkildə diqqət ayrılıb.
Dövlət katibi “ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsinin siyasi həllində tərəflərə yardımçı olmaq istəyinə sadiqdir” deyərək məsələni humanitar müstəviyə çəkən fikirlər də əlavə edib. O, savaşdan əziyyət çəkənlərə yardım etmək, həbsdə olan hər kəsin azadlığına nail olmaq, itkinlərlə bağlı hesabatlılıq və qalıqların tam olaraq mübadiləsi məsələlərini yumşaq şəkildə qeyd edib.
Göründüyü kimi, ABŞ Dövlət katibi Qarabağa hər hansı status məsələsini dilə gətirməyib. Eyni zamanda Azərbaycanı qıcıqlandıracaq ifadələrdən çəkinib. Bu isə ondan xəbər verir ki, bəzi dairələrin iddia etdiyi kimi, ABŞ məsələnin Azərbaycanın zərərinə olacaq müstəviyə daşınmasının tərəfdarı deyil. Əksinə, problemin birdəfəlik həll edilməsində maraqlıdır.