Press "Enter" to skip to content

Vahid əlaqələndirmə mərkəzlərinə 700-ə yaxın müraciət

Bayraqdar.info – Bakıdakı DOST Mərkəzlərindəki vahid əlaqələndirmə mərkəzlərinə ötən dövrdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 687 şəxs müraciət edib.

Bu barədə bayraqdar.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə 7 quruma aid 26 xidmət “bir pəncərə”dən, operativ və şəffaf şəkildə, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında göstərilir. İlkin mərhələdə bu mərkəzlər Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyətə başlayıb.

Mərkəzlərə edilən müraciətlərin bölgüsü aşağıdakı kimi olub:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 84, Müdafiə Nazirliyi üzrə 363, Səhiyyə Nazirliyi üzrə 21, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 46, yerli icra hakimiyyəti orqanları üzrə 60,  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 20 və Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 93 müraciət.

Mission News Theme by Compete Themes.