Bayraqdar.info – Yeni təhsil ilinin başlanması ərəfəsində türk dilində təhsil hüququ ilə bağlı Təbrizin divarlarında çoxsaylı şüarlar və divar yazıları yazılıb.
Türkcə təhsilin qadağan olunmasına etiraz edən milli-mədəni fəallar “Ana dilim hanı?”, “Konstitusiyanın 15-ci maddəsi”, “Ana dilim olub dilim-dilim” və b. məzmunlu şüarları şəhərin müxtəlif küçələrinin divarlarında yazıblar.
Son günlər yeni təhsil ilinin başlanmasına az bir zaman qalmış güneyli fəallar müxtəlif aksiyalar keçirirlər.
Müxtəlif şəhərlərdə türk dilində uşaq kitablarının paylanılması, divar yazıları və şüarlarla əhalinin diqqətini İranda türk dilində təhsilə qadağanın qoyulmasını, ana dilində təhsilin vacibliyinə cəlb edirlər.
Qaynaq: GünAz.TV