Press "Enter" to skip to content

Suverenliyimiz tanınmayana qədər rəsmi danışıq prosesinə girməyəcəyik

Bayraqdar.info – “Suveren bərabərliyimiz və beynəlxalq bərabər statusumuz tanınmazsa, heç vaxt rəsmi bir danışıq prosesinə girməyəcəyik. Bu açıq bir mövqedir, heç bir qüvvə bizi bu mövqedən geri addım atmağa məcbur edə bilməz. Bu, milli məsələdir.”

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı ersin Tatar Nyu-York səfəri öncəsi keçirdiyi mətbuat konfransında deyib.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, Ercan Hava Limanında keçirilən mətbuat konfransında E.Tatar Nyu-Yorka səfərin BMT Baş katibinin dəvəti ilə baş tutduğunu bildirib. O, BMT Baş katibi ilə görüşdə irəli sürdükləri 6 bəndlik təklifin arxasında duracaqlarını deyib. E.Tatar Kıbrısda əbədi sülhün yalnız yan-yana yaşayan iki ayrı suveren müstəqil dövlətin işbirliyi sayəsində mümükün ola biləcəyini qeyd edib.

Federal həll siyasətinin artıq geridə qaldığını deyən E.Tatar nə Kıbrısın keçmiş Kıbrıs, nə də coğrafiyanın köhnə coğrafiya olmadığını ifadə edib: “Kıbrısda iki ayrı dövlət və iki ayrı xalq var”.

O da bildirilib ki, səfərdə E.Tatarı xarici işlər naziri Tahsin Ertuğruloğlu, xüsusi nümayəndə Ergün Olgun, Xarici İşlər Nazirliyinin müşaviri Müsteşarı İsmet Korukoğlu və Müzakirə Komitəsinin üzvü Osman Ertuğ müşayət edəcək.

Mission News Theme by Compete Themes.