Rusiya Dövlət Dumasına seçkilərdə səsvermə başa çatıb. Bu dəfə seçkilərdə daha geniş radiusda blokçeyn texnologiyasından istifadə edilib.
Bu seçkilərdə səsvermədə iki informasiya sistemi hazırlanıb: Moskva şəhər hökuməti İnformasiya Texnologiyaları Departamentinin, həm də Rostelekom və Waves Enterprise şirkətinin həllərindən istifadə edilməklə məsafədən elektron səsvermə sistemi tətbiq edilib.
Ötən il Ethereum platforması səsasında Polys və Kaspersky Laboratoriyasının blokçeyn həllərindən istifadə edilmişdi.
Şəffaflıq məqsədilə sistemin ilkin kodları qabaqcadan GitHup platformasına yerləşdirilib və müxltəlif mənbələrdə sistem haqqında məlumatlar dərc edilib.
Sistemdə identifikasiya üçün rəsmi elektron hökumət portalının məlumatları əsas götürülüb.
Səsvermə prosesinin bütün mərhələlərində müxtəlif kriptoqrafik alqoritmlərdən istifadə edilib.
Elektron səsvermə üçün yeganə tələb olunan şərt qabaqcadan bu haqda müraciət edilməsi olub.
Rusiyanın 7 regionundan 10 milyondan çox seçicinin elektron səsvermə üçün müraciət etdiyi bildirilir.
Elektron bulleten almaq üçün əlavə təhlükəsizlik sistemi yaradılıb, anonimlik üçün seçicilərə VPN-dən istifadə və ya IP ünvanı dəyişmək imkanı da yaradılıb.
Sistemin iş prinsipinə görə verilən səsin şifrələnməsi seçicinin istifadə etdiyi rəqəmsal avadanlıqda baş verir. Açıq və qapalı şifrələmə açarlarından istifadə edilir.
Sistemin haker hücumlarına dayanıqlılığını yoxlamaq üçün qabaqcadan mükafatlar ayrılmaqla developerlər arasında yarış-testlər keçirilib.
Rusiya bu dəfə elektron səsvermənin təşkilinə, ümumiyyətlə seçki prosesinin rəqəmsallaşmasına 6 milyard rubl ayırıb.
Seçki prosesinin rəqəmsal transformasiyası ilə bağlı qanunvericilik dəyişdirilib.
Elektron formada səs vermək istəyənlər üçün rəqəmsal şəxsi kabinetlər yaradılıb.
Bununla belə, bir sıra Rusiyalı ekspertlər elektron səsvermə sistemlərinə ictimai nəzarətin yetərlli olmamasını, sistemə müdaxilənin mümkün olduğunu, səsvermənin gizliliyinin pozulduğunu, şəffaflıqla bağlı problemlərin də olduğunu bildiriblər.
İstənilən halda, Rusiyanın hətta digər qabaqcıl ölkələrdən fərqli olaraq, blokçeyn texnologiyaları əsasında kütləvi səsvermə prosesini təşkil etməsi diqqət çəkən məqamdır.