Press "Enter" to skip to content

Kuzey Kıbrıs Musiqi Festivalı başlayır

Bayraqdar.info – 19-cu Beynəlxalq Kuzey Kıbrıs Musiqi Festivalı başlayır. Kuzey Kıbrıs Musiqi Dərnəyi tərəfindən təşkil edilən festival bu il sentyabrın 29-dan oktyabrın 29-dək keçiriləcək.

Bu barədə bayraqdar.info-ya KKTC-nin Bakıdakı nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, festival, KKTC-nin Turizm və Ətraf Mühit Nazirliyinin təşkilatçılığı “Telsim Vodafone”nın əsas sponsorluğu, həmçinin Girne Bələdiyyəsi, Bellapais Gardens, Deniz Plaza, Kybele, Huzur Ağac, Bell Tower, Major və Kösezade Turizm şirkətlərinin dəstəyilə təşkil ediləcək.

Festivalın açılışı 29 Sentyabr çərşənbə günü 20:30-da Serenad Bağcan & KKTC STK Konserti ilə Girne Amfiteatrında baş tutacaq. Festivalın açılış konsertində Serenad Bağcan, Ali Hocanın dirijorluğu və Prezident Simfonik Orkestrinin müşayiəti ilə səhnəyə çıxacaq.

COVID-19 pandemiyası səbəbilə az sayda tamaşaçının buraxılacağı bu ilki festival proqramına 11 fərqli konsert daxil olacaq.

Mission News Theme by Compete Themes.