Bayraqdar.info – Azərbaycan Turizm Bürosu aviabiletlər üzrə metaaxtarış mühərriki olan “Aviasales” ilə birgə sosial media istifadəçiləri üçün xüsusi kampaniyaya başlayıb. Belə ki, 17 sentyabrdan etibarən başlayan kampaniya “Avisales” platformasının instaqram sosial şəbəkəsindəki izləyiciləri üçün nəzərdə tutulub.
Bu barədə bayraqdar.info-ya sentyabrın 20-də Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, müsabiqənin şərtlərinə tam şəkildə əməl edən izləyicilər arasından xüsusi tətbiq vasitəsilə təsadüfi şəkildə seçiləcək qalib Azərbaycana biletlə mükafatlandırılacaq: “Şərtlərə əsasən iştirakçılar “Aviasales”in instaqram səhifəsində müsabiqə paylaşımını bəyənərək onu öz hekayələr hissəsində yerləşdirməli, “Aviasales” və “Experience Azerbaijan” səhifələrini izləməli, şərhlərdə Azərbaycanda görmək istədikləri yerlər və ya digər turistik fəaliyyətlərlə bağlı fikirlərini bildirməlidirlər”.
Müsabiqə sentyabrın 24-ə qədər davam edəcək.