Bayraqdar.info – Ölkəmizdə əhalinin sosial müdafiəsi istiqamətində davamlı addımlar atılır. O cümlədən vətəndaşlara sosial müavinət və təqaüdlərin təyin olunması prosesi də davam edir.
Belə ki, 2021-ci ilin yanvar-avqust ayları ərzində 75 min nəfərdən çox vətəndaşa elektron qaydada sosial müavinət və təqaüd təyin olunub.
Bu barədə bayraqdar.info-ya sentybarın 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, onların 52,7 faizini kişilər, 47,3 faizini isə qadınlar təşkil edib.