Press "Enter" to skip to content

Rauf Raif Denktaşın vəsiyyəti mübarizəmizə işıq tutur

Bayraqdar.info – “Rauf Raif Denktaşın vəsiyyəti mübarizəmizə işıq tutur.” Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar KKTC-nin Qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşın adını daşıyan parkın açılış mərasimində deyib.

KKTC-nin Cümhurbaşqanlığından verilən məlumata görə, E.Tatar çıxışında Rauf Raif Denktaşın ölkəyə çox şey qazandırdığını və böyük bir lider olduğunu bildirib.

E.Tatar daha sonra deyib: “Qurucu Cümhurbaşqanı Denktaşa çox şeyə görə borcluyuq. Biz onu çox sevirik. O, bizim davamızdır, o bizim liderimizdir, o bizim Qurucu Cümhurbaşqanımızdır və bizim mübarizəmizi dünyaya bəyan edəndir. Anıt məzarı ilə bağlı layihə məsələsində bəzi problemlər və bələdiyyələrlə həll edilməmiş məsələlər bu işin gecikdirilməsinə səbəb olmuşdur. Bir səhvimiz oldusa dövlətimiz adından Rauf Raif Denktaşdan üzr istəyirik. Ancaq ən gözəlini etmək üçün ortaya iradə qoyulub və qoyulacaqdır. Dövlət nə lazımdırsa, ailənin də dəstəyi ilə edəcək. Buna kimsənin şübhəsi olmasın”.

E.Tatar Rauf Raif Denktaşın vəsiyyət etdiyi kimi, Ana Vətən Türkiyə ilə birlikdə hərəkət edilərək Kıbrısda suveren bərabərliyə və iki dövlətin əməkdaşlığına əsaslanan bir həllə nail oluna biləcəyini dilə gətirib. O, federasiyanın Kıbrıs türk xalqının mübarizəsini sıfır nöqtəsinə qaytaracaq bir oyun olduğunu, KKTC-nin etibarlı əllərdə və təhlükəsiz şəraitdə yoluna davam edə bilməsi üçün Rauf Raif Denktaşın vəsiyyəti, həmçinin fikirləri əsasında suverenlikdən və müstəqil dövlətdən heç zaman geri addım atılmayacağını deyib.

Mission News Theme by Compete Themes.