Bayraqdar.info – “Yeni tədris ilində işə qəbul olmuş gənc müəllimlərlə adaptasiya proqramı onlayn formatda davam etdirilir. Adaptasiya proqramının məqsədi yeni işə qəbul olunmuş müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşmasına nail olmaqdan ibarətdir.
“Adaptasiya proqramı çərçivəsində Nazirliyin struktur bölmə rəhbərləri, yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları, psixoloqların iştirakı ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Proqram cari ilin dekabr ayınadək davam edəcək.
Xəbər sentyabrın 17-də bayraqdar.info-ya Təhsil Nazirliyindən verilib.
“Proqram çərçivəsində yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin təqdimatında “Valideynlərlə əməkdaşlıq üsulları”, “Şagirdlərlə işin təşkili”, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının koordinatorları ilə müəllimlərin görüşü nəzərdə tutulur. Nazirliyin struktur bölmə rəhbərlərinin təqdimatında “Öyrədici mühitin yaradılması”, “Uğurlu şagird-valideyn-məktəb tandeminin qurulması” mövzusunda təlimlər, həmçinin dərslik müəllifləri, qabaqcıl müəllimlərlə müzakirələr keçiriləcək.
“Adaptasiya proqramında iştirak etmək üçün keçidə daxil olaraq qeydiyyatdan keçmək mümkündür”.