Bayraqdar.info – 2021-ci ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 135,7 milyon manat artıb.
Bu barədə bayraqdar.info-ya sentyabrın 17-də DSMF-dən məlumat verilib.
Bildirilib ki, DSMF-nin ötən illə müqayisədə xərcləri faiz nisbətinə görə, 4,3 faiz artıb. O da vurğulanıb ki, xərclərin 97,4 faizini əhaliyə ödənişlər təşkil edib.