Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar sabah Nyu-Yorka yola düşür. Bu barədə KKTC Cümhurbaşqanlığından məlumat verilib.
Bildirilib ki, Ersin Tatar və nümyəndə heyəti, Nyu-Yorkda görüşlər keçirmək üçün səhər saat 09:30-da Ercan Hava Limanından ayrılacaq. KKTC Cümhurbaşqanı səfərdən öncə hava limanında mətbuat konfransı keçirəcək.
O da qeyd edilib ki, Nyu-Yorkdakı görüşlərdə Xüsusi nümayəndə M.Ergün Olgun və Müzakirə Komitəsinin üzvü Osman Ertuğ da iştirak edəcək.
E.Tatarın sentyabrın 28-də KKTC-yə qayıdacağı gözlənilir.