Bayraqdar.info – Sentyabrın 16-da Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən tələbələr və şagirdlər arasında keçirilmiş “26 avqust – Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü” münasibəti ilə musiqi festivalının qalibləri mükafatlandırılıb.
Bayraqdar.info-ya sentyabrın 17-də Gənclər və İdman Nazirliyindən verilən xəbərdə bildirilir ki, müsabiqə zamanı İdarənin rəsmi email ünvanına 50 video daxil olub. Onlardan 8 nəfər tələbə solo ifa, 15 nəfər şagird solo ifa, 22 nəfər şagird və 5 nəfər tələbə müxtəlif musiqi alətlərində ifa ilə müraciət edib. Münsiflər heyətinin rəyi nəticəsində qaliblər müəyyən olunub.
Qaliblər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunublar.