Son yeniləmə: 17 Sentyabr 2021 19:09
Bayraqdar.info – Azərbaycanda ilk dəfə Milli Musiqi günü münasibəti ilə sosial video çarx hazırlanıb. Video çarxı Mədəniyyət Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Sarayının nəzdində yaradılan “Prodüser mərkəzi” hazırlayıb.
Sarayın mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, video çarxın hazırlanmasında əsas məqsəd klassik musiqimizin və Üzeyir bəyin irsinin müasir Azərbaycan gənclərinə təbliğ edilməsidir.
Sosial video çarxda Mədinə Ağayeva, Emin Məmmədov, Rəşad Ağayev, Əntiqə Yusifova, Kənan Məmmədzadə yer alıblar. Layihənin ideya müəllifi Ramil Qasımov, səs rejissoru Cavid Cavad oğlu, oranjimançı Coşqun Qadaşov, vokal üzrə müəllim İnarə Babayeva və prodüseri Fərid Mərddir. Qeyd edək ki, videoçarx tamaşaçılar tərəfindən maraqla qarşılanıb.