Press "Enter" to skip to content

KKTC təhsil sahəsində tanınmış bir ad oldu

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar, YÖDAK Başqanı Prof.Dr.Turqay Avcı və Beynəlxalq Tələbələr Birliyi (Voices of International Students in Cyprus – VOIS Cyprus) heyətini qəbul edib.

Bu barədə KKTC Cümhurbaşqanlığından məlumat verilib.

E.Tatar, qəbuldakı çıxışında, xarici tələbələri qəbul etməkdən məmnuniyyət duyduğunu ifadə edib. O, YÖDAK başqanı Prof.Dr.T.Avcının universitetlər və tələbələrlə əlaqələri gücləndirmək istiqamətində uğurla çalışdığını bildirib.

Ölkədə 100-dən çox dövlətdən əcnəbi tələbənin təhsil aldığını və KKTC-nin hazırda təhsil sahəsində tanınmış bir ad olduğunu qeyd edən E.Tatar, universitetlərin keyfiyyətli təhsil verdiyini və bundan məmnun olduğunu bildirib. VOIS Cyprus Birliyinin əhəmiyyətinə işarə edən Cümhurbaşqanı birlik üzvlərinin gündən-günə artacağına və əməkdaşlıq içində əhəmiyyətli işlər görəcəklərinə inandığını dilə gətirib.

E.Tatar, “KKTC-də yaşayan xarici tələbələrin daha məmnun və daha yaxşı bir həyat yaşayaraq təhsillərini ölkəmizdə davam etdirə bilmələri üçün nə ediləcəyini müəyyənləşdirmək bizim borcumuzdur”, – deyib.

KKTC-dəki 21 universitetdə təhsil alan xarici tələbələri təmsil edən “VOIS Cyprus”la birlikdə Cümhurbaşqanı E.Tatarı ziyarət etməkdən məmnunluğunu dilə gətirən Prof.Dr.T.Avcı, YÖDAK olaraq, xüsusilə pandemiya şəraitində 100-dən çox ölkədən gələn xarici tələbələrin problemlərini yaxından izlədiklərini və tələbələrin məmnuniyyətlərini artırmaq, onalrın özlərini evlərində hiss etmələri üçün əllərindən gələni etdiklərini bildirib.

Tələbə nümayəndələri isə qəbul edilərək problemlərini çatdırma imkanı verdiyi üçün Cümhurbaşqanı Ersin Tatara təşəkkür edib və Kıbrıs türk xalqının daha gözəl və yaxşı bir gələcəyə çatmasını arzulayıblar.

Mission News Theme by Compete Themes.