Bayraqdar.info – “İngiltərə Ali Komissarı Stephen Lillienin, “Kathimerini” qəzetinə müsahibəsində işlətdiyi ifadələr, özünün dediyi kimi, rum lider Anastasiadesin siyasətinə uyğundur və qərəzsizlik prinsipinə ziddir.”
Bu fikirlər Stephen Lillienin sözügedən açıqlamasına dair Kuzey Kıbrıs Türk Cümhuriyəti Cümhurbaşqanlığının açıqlamasında öz əksini tapıb.
Açıqlamada daha sonra deyilir: “Ayrıca bu açıqlama ilə İngiltərənin Kıbrısda reallıqlara əsaslanan, davamlı bir həll axtarmadığı, sadəcə İngilis Suveren Bazaları ilə əlaqəli maraqlarını güddüyü anlaşılır. Birləşmiş Krallıq kimi Kıbrıs adası ilə tarixi, hüquqi və de-fakto əlaqələri olan bir ölkənin diplomatından bu mövzuda daha həssas, realist və qərəzsiz yanaşmalar gözləyirdik. Bu açıqlama ilə Ali Komissar Lillie tələb və prinsiplərə tamamilə görməzdən gəlib”.
O da vurğulanıb ki, 1968-ci ildən bəri danışıqlarda bütün barışıq imkanlarının Kıbrısın rum tərəfinin barışmazlığı səbəbindən tükəndiyi İngiltərədə yaxşı bilinir: “Kıbrıs məsələsinin kənardan yazılan reseptlərlə həll edilə bilməyəcəyi və bu işdə kömək etmək istəyən bütün dairələrin və ya insanların tərəflərlə bərabər məsafə saxlaması danılmaz bir həqiqətdir. Bunun əksinə olan davranışlar bu məsələdə söz demək və təsirli olmaq imkanlarını zədələyər”.