Press "Enter" to skip to content

“Avropa Mobillik Həftəsi” kampaniyası işə başlayır

Bayraqdar.info – Bakı Nəqliyyat Agentliyi sentyabrın 16-dan 22-nə qədər “Avropa Mobillik Həftəsi” kampaniyasına başlayır. Bu il kampaniyanın devizi “Təhlükəsiz və Sağlam Dayanıqlı Mobillik “dir. BNA ilk dəfə paytaxt Bakını bu kampaniyada təmsil edir.

Xəbər sentyabrın 17-də bayraqdar.info-ya BNA-dan verilib.

Xəbərdə qeyd edilir ki, Avropanın dayanıqlı şəhər mobilliyi strategiyasının aparıcı maarifləndirmə kampaniyası çərçivəsində aktiv mobillik, ictimai nəqliyyat və digər təmiz, ağıllı nəqliyyat vasitələrindən istifadə etmək və pandemiya qaydalarına riayət etmək geniş auditoriyaya təşviq olunur. Agentlik həftə çərçivəsində “Nəqliyyat Könüllüləri” nin iştirakı ilə paytaxtda bir sıra maarifləndirmə tədbirləri həyata keçirəcək.

Mission News Theme by Compete Themes.