Press "Enter" to skip to content

UEFA Çempionlar Liqasında birinci turun oyunları yekunlaşıb

Son yeniləmə: 17 Sentyabr 2021 15:08

Bayraqdar.info – Sentyabrın 15-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində birinci turun oyunlarına yekun vurulub.

Xəbər bayraqdar.info-ya sentyabrın 16-də Çempionlar Liqasından verilib.

“A qrupunda yer alan turnirin son finalçısı “Mançester Siti” İngiltərədə Almaniyanın “Leyptsiq” komandasını sınağa çəkib. Görüş 6:3 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

“Lionel Messi ilə heyətini gücləndirən Fransanın “Paris Sen-Jermen” klubu Belçikada “Brügge” ilə gözlənilmədən heç-heçə edib – 1:1.

“Gecənin ən maraqlı oyunlarından biri D qrupunda İspaniyanın “Real Madrid” və İtaliyanın “İnter” klubları arasında baş tutub. Gərgin keçən görüşün taleyin 90-ci dəqiqədə “Real Madrid” klubunun futbolçusu Rodriqonun vurduğu qol həll edib.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A qrupu
“Mançester Siti” (İngiltərə) – “Leyptsiq” (Almaniya) – 6:3;
“Brügge” (Belçika) – Paris Sen-Jermen” (Fransa) – 1:1.

B qrupu
“Atletiko” (Madrid, İspaniya) – “Portu” (Portuqaliya) – 0:0;
“Liverpul” (İngiltərə) – “Milan” (İtaliya) – 3:2.

C qrupu
“Beşiktaş” (Türkiyə) – “Borussiya” (Dortmund, Almaniya) – 1:2;
“Sportinq” (Portuqaliya) – “Ayaks” (Niderland) – 1:5.

D qrupu
“Şerif” (Moldova) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 2:0;
“İnter” (İtaliya) – “Real Madrid” (İspaniya) – 0:1”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.