Press "Enter" to skip to content

Ermənistan xarici işlər nazirinin təyyarəsi xarab oldu

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı

Bayraqdar.info – Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan onu aparacaq təyyarə xarab olduğu üçün Düşənbədə keçiriləcək vacib bir tədbirə gedə bilməyib.

Bu haqda xəbəri sentyabrın 15-də Sputnik Armenia yayıb.

Xəbərdə deyilir ki, Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələrin xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik şuraları rəhbərlərinin birgə toplantısı keçiriləcək.

Ermənistan XİN sözçüsü Vahan Unanyan bildirib ki, bu toplantıya getmək istəyən A.Mirzoyanın təyyarəsi xarab olub və o, Düşənbəyə uça bilməyib. Bununla belə sözçü əlavə edib ki, nazir sentyabrın 16-da toplantıya qatıla biləcək.

Mission News Theme by Compete Themes.