Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Təbiəti qoruyaq” adlı yeni məşğulluq layihəsinə başlayıb.
Bu barədə bayraqdar.info-ya sentyabrın 15-də Agentlikdən məlumat verilib.
Bildirilib ki, məqsəd işsiz və işaxtaran şəxslərin məşğulluğuna dəstək göstərməkdir. Haqqı ödənilən ictimai işlərin əhatə dairəsini genişləndirəcək layihəyə çərçivəsində təmizlik və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Layihəyə ilk olaraq Bakı, Sumqayıt, Şəki, Lənkəran şəhərləri, Beyləqan, Quba, Şamaxı, Tərtər və Bərdə rayonlarında yerləşən Şəhidlər Xiyabanlarında təmizlik və abadlıq işlərinin aparılması ilə başlanıb.