Press "Enter" to skip to content

“TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimləri davam edir – VİDEO

Bayraqdar.info – Türkiyə Cümhuriyyətinin Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyənin hərbi təyyarələri müxtəlif epizodlar üzrə döyüş uçuşları həyata keçiriblər.

Bu barədə bayraqdar.info-ya sentyabrın 15-də Müdafiə Nazirliyindən xəbər verilib.

Xəbərdə qeyd edilir ki, təlimin planına əsasən şərti düşmənin qırıcı aviasiyasının hücumunu dəf etmək, hava hücumundan müdafiə vasitələrindən aldadıcı manevrlərlə yayınmaq və təyin olunan yerüstü hədəflərinə zərbələr endirmək tapşırıqları üzrə əməliyyat uçuşları yerinə yetirilib. Qarşıya qoyulan döyüş tapşırıqları hər iki ölkənin hərbi pilotları tərəfindən uğurla icra olunub.

Təlimlər davam edir.

Mission News Theme by Compete Themes.