Bayraqdar.info – Sentyabrın 15-də Ağdam rayonu Zəngişalı kənd tam orta məktəbinin bərpa-gücləndirmə və əsaslı təmir işlərindən sonra açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağdam Rayon Təhsil Şöbəsinin müdir əvəzi Bayram Məmmədov iştirak edib.
Bu barədə bayraqdar.info-ya sentyabrın 15-də Təhsil Nazirliyindən məlumat verilib.
“Tədbirdə bildirilib ki, sözügedən məktəb 640 şagird yerlikdir. 17 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 168 yerlik akt zalı, idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində müasir qazanxana sistemi quraşdırılıb.
“2021-2022-ci tədris ilində təhsil müəssisəsində 314 şagird, məktəbəhazırlıq qrupunda isə 15 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində 41 nəfər pedaqoji, 22 nəfər texniki işçi çalışır. Ağdam rayonunda 1 məktəb- lisey, 117 tam orta, 17 ümumi orta və 1 ibtidai olmaqla, ümumilikdə 135 ümumtəhsil müəssisəsi, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.
Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.
“Sentyabrın 15-də növbəti məktəb açılışı Xaçmaz rayonu Qımılqışlaq kənd tam orta məktəbində baş tutub. Açılış mərasimində Təhsil nazirinin müşaviri Elnur Əliyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və rayon təhsil şöbəsinin nümayəndələri iştirak ediblər.
“Tədbirdə bildirilib ki, əsaslı təmir olunmuş məktəb 480 şagird yerlikdir. 17 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbə hazırlıq otağı, 60 yerlik akt zalı, idman zalı, kitabxana və yeməkxana fəaliyyət göstərəcək. Bina istilik, elektrik və müşahidə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib.
“Qobustan rayonu Sündü kənd tam orta məktəbi üçün tikilmiş yeni tədris binasının da açılış mərasimi keçirilib.
“Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Qobustan rayon Təhsil Şöbəsinin müdiri Tahir Səbzalıyev və məktəb direktoru iştirak edib.
“Yeni tikilmiş məktəb 360 şagird yerlikdir. 15 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 177 yerlik akt zalı, idman zalı, kitabxana və yeməkxana fəaliyyət göstərəcək”, – deyə məlumatda bildirilir.
Bundan başqa, Nazirliyin məlumatına görə, sentyabrın 15-də Yevlax rayonu Qoyunbinəsi kənd tam orta məktəbinin də açılışı baş tutub. Məktəbin açılış mərasimində Nazirliyin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, Yevlax şəhər İcra Hakimiyyətinin Başçısının müavini Elnarə Əzizova, Yevlax rayon Təhsil Şöbəsinin müdiri Namidə Abbasova və məktəb direktoru iştirak edib.
“Yeni tikilmiş məktəb 432 şagird yerlikdir. 17 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 214 yerlik akt zalı, idman zalı, kitabxana və yeməkxana fəaliyyət göstərəcək.
“Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.
“Daha sonra Hacıqabul şəhəri 5 nömrəli tam orta məktəbin əsaslı təmir işlərindən sonra açılışı həyata keçirilib. Mərasimdə Nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Firidun Həmzəyev, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının müavini Xuraman Məmmədova, Hacıqabul rayon Təhsil Şöbəsinin müdiri Bəxtiyar Ələkbərov iştirak edib.
“Bu məktəb 864 şagird yerlikdir. 35 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 6 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 120 yerlik akt zalı, 2 idman zalı, kitabxana və yeməkxana fəaliyyət göstərəcək.
“2021-2022-ci tədris ilində təhsil müəssisəsində 585 şagird, məktəbəhazırlıq qrupunda isə 47 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Yeni dərs ilində məktəbdə peşə təmayüllü X sinfin yaradılması nəzərdə tutulub. Təhsil müəssisəsində 42 nəfər pedaqoji, 13 nəfər texniki işçi çalışır. Hacıqabul rayonunda 30 tam orta, 3 ümumi orta olmaqla, ümumilikdə 33 ümumtəhsil müəssisəsi, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir”, – deyə məlumatda qeyd edilir.