Press "Enter" to skip to content

Ermənistanın davranışı qəbuledilməzdir

Son yeniləmə: 15 Sentyabr 2021 21:34

Bayraqdar.info – Ermənistanın vəziyyətin gərginləşdirilməsinə xidmət edən davranışı, əsassız iddialar və qeyd şərtlərlə çıxış etməsi qəbuledilməzdir. Bunu xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 15-də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşdə deyib.

Bu barədə bayraqdar.info-ya XİN-dən məlumat verilib.

Bildirilib ki, görüş zamanı tərəflər bölgədəki cari təhlükəsizlik vəziyyəti, o cümlədən dövlət sərhədinin delimitasiya prosesi, kommunikasiyaların açılışı, infrastruktur layihələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazir C.Bayramov üçtərəfli bəyanatların icrası ilə bağlı qarşı tərəfə məlumat verib.

Xüsusi nümayəndə Aİ-nin bölgədə sülh, inkişaf və rifahın təmin olunması mövqeyindən çıxış etdiyini xatırladaraq, bunun üçün müvafiq dəstəyi göstərməyə hazır olduqlarını qeyd edib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq məsələləri, Azərbaycan və Aİ arasında yeni sazişi üzrə aparılan danışıqlar, həmçinin iqtisadi sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Mission News Theme by Compete Themes.