Bayraqdar.info – Sentyabrın 14-də UEFA Çempionlar Liqasında qrup mərhələsi başlayır. İlk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş baş tutacaq.
Bu barədə bayraqdar.info-ya sentyabrın 14-də Çempionlar Liqasından xəbər verilib.
Xəbərdə bildirilir ki, günün ilk matçları F və G qruplarında keçiriləcək. İngiltərənin “Mançester Yunayted” klubu İsveçrədə “Yanq Boyz”un qonağı olacaq. “Sevilya” isə İspaniyada Avstriya “Zaltsburq”unu sınağa çəkəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
“Gecənin ən maraqlı qarşılaşması, E qrupunda olacaq. İspaniya “Barselona”sı evdə Almaniyanın “Bavariya” klubu ilə üz-üzə gələcək. Bu qrupun digər oyununda Portuqaliya “Benfika”sı Ukraynada Kiyev “Dinamo”su ilə münasibətlərinə aydınlıq gətirəcək.
“”Turnirin son qalibi olan İngiltərənin “Çelsi” komandası H qrupundakı ilk sınağına Londonda çıxacaq. “Zadəganlar” Rusiya təmsilçisi “Zenit”lə qarşılaşacaq. Bu qrupda keçiriləcək digər görüşdə isə İsveçin “Malmö” və İtaliyanın “Yuventus” klubları üz-üzə gələcəklər. İlk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş baş tutacaq”, – deyə xəbərdə bildirilir.