Press "Enter" to skip to content

Teymur Musayev ÜST-nın Avropa üzrə Regional Komitəsinin illik sessiyasında

Bayraqdar.info – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Komitəsinin illik sessiyası sentyabrın 13-dən 15-dək keçirilir. COVID-19 pandemiyası səbəbindən tədbir Kopenhagendən virtual formatda yayımlanır.

Xəbər bayraqdar.info-ya sentyabrın 14-də Səhiyyə Nazirliyindən verilib.

Xəbərdə qeyd edilir ki, tədbirdə səhiyyə nazirləri, dövlət və hökumət başçıları və digər yüksək vəzifəli şəxslər səhiyyə sahəsində bütün Avropa regionu qarşısında duran əsas problemləri müzakirə edəcəklər. Azərbaycanı səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev təmsil edir.

“T.Musayev “Fövqəladə hallara hazırlıq və cavab tədbirləri kontekstində COVID-19 pandemiyasından çıxarılan nəticələr” mövzusunda təqdimatla çıxış edib.

“Qeyd edək ki, Regional Komitə, ÜST-ün Avropa regional bürosunun rəhbər və qərarverici orqanıdır. Onun sessiyası isə əhalinin sağlamlıq və rifah vəziyyətini yaxşılaşdırmaq məqsədini daşıyan regional strategiyaların, tədbirlərin və maliyyə planlarının müzakirəsi və təsdiqlənməsi məqsədilə hər il səhiyyə nazirlərini bir araya gətirən ictimai sağlamlıq məsələləri üzrə əsas toplantıdır”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.