Bayraqdar.info – Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti çox kritikdir.
Bu barədə bayraqdar.info-ya sentyabrın 14-də TƏBİB-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, “Yeni Klinika”dan Əməkdar artistin təzyiqinin aşağı düşdüyünü bildiriblər: “Təzyiqi yüksəltmək üçün bütün mümkün vasitələrdən istifadə olunur. Vəziyyəti ağır qiymətləndirilir”.
Qeyd edək ki, koronavirusa yoluxmuş Əməkdar artist Yaqub Zurufçu bir müddətdir ki, “Yeni Klinika”da müalicə olunur.