Bayraqdar.info – Peşə hazırlığının dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə müraciət edən müəssisələrlə görüş keçirilib.
Bu barədə bayraqdar.info-ya sentyabrın 14-də Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə komissiyanın son qərarına əsasən seçilmiş müəssisələr tərəfindən tədris olunacaq peşə və ya ixtisaslar, həmin peşə və ya ixtisaslar üzrə müəyyən olunmuş xərc məbləğləri, tədris planı, prosesə cəlb olunan pedaqoji heyətin bilik və bacarıq səviyyəsi müzakirə edilib. Eləcə də peşə hazırlığının təşkili, peşə hazırlığı sisteminin təkmilləşdirilməsi və effektivliyinin artırılması, bu sahədə çevikliyin və rəqabətliliyin təmin olunması istiqamətində görüləcək işlər barədə müzakirə aparılıb. O da qeyd edilib ki, peşə hazırlığını həyata keçirmək üçün seçilmiş müəssisələr aşağıdakılardır:
Business Management School
Code Academy
Dadashsoy Group MMC
HROPTİON MMC
Safety Qualification Advisory Group
SAT Group MMC
TCS MMC
TexnoLab MMC
İNNAB
“IT Learning Center” MMC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “İKT Tətbiqi və Tədrisi Mərkəzi” MMC
Hadigro MMC
Peşə hazırlığı ilə məşğul olan müəssisələr adambaşına maliyyələşdirmə proqramına qoşulmaq üçün keçid vasitəsilə müraciət edib, qeydiyyatdan keçə bilərlər.