Bayraqdar.info – Türkiyə Cümhuriyyətinin Milli Müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşüb.
Bu barədə bayraqdar.info-ya sentyabrın 14-də Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, səfər çərçivəsində Nazirliyin rəhbərliyinin Türkiyə hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərinin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirakı planlaşdırılır.