Press "Enter" to skip to content

Daha bir əmək yarmarkası keçirilib

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 4 saylı Ərazi Məşğulluq Filialında əmək yarmarkası keçirilib. Binəqədi, Nərimanov, Şuşa və Xankəndi rayon sakinləri üçün təşkil olunan bu aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 8 müəssisə tərəfindən 112 vakant iş yeri təqdim edilib.

Bu barədə bayraqdar.info-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, vakansiyalar üzrə müraciət edən şəxslər müraciətlərinə uyğun aidiyyatı üzrə yönləndirilib və seçdikləri vakansiyalar üzrə onların işlə təminatına başlanıb: “Yarmarkada öz kiçik biznesini qurmaq istəyən şəxslərin özünüməşğulluq proqramına, əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslərin isə peşə hazırlığına cəlb edilmələri üçün qeydiyyatı aparılıb”.

O da bildirilib ki, əmək yarmarkalarında müəssisələrdə olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunur. Həmçinin Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə yarmarka iştirakçılarına məlumatlar verilir. Əsas məqsəd işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsidir.

Mission News Theme by Compete Themes.