Bayraqdar.info – Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyev sentyabrın 13-də Türkiyənin Milli Müdafiə naziri cənab Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb.
Xəbər Müdafiə Nazirliyindən sentyabrın 13-də bayraqdar.info-ya verilib.
“Görüşlərdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb”, – deyə xəbərdə bildirilir.