Press "Enter" to skip to content

8 ay ərzində 35 minə yaxın əlillik təyinatı

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2021-ci ilin yanvar-avqust ayları ərzində 35 minə yaxın şəxsə əlillik təyin edilib. Onlardan 11 min nəfəri ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlar, habelə sağlamlıq imkanları məhdudluq təyin olunanlardır.

Bu barədə bayraqdar.info-ya sentyabrın 13-də ƏƏSMN-dən məlumat verilib. Bildirilib ki, əlillik təyinatından sonra proaktiv qaydada elektron sistem üzərindən onlara əlilliyə görə pensiya və ya müavinətlər təyin olunub.

Bu ilin 8 ayında həmçinin əlilliyi olan 8 min 5 yüz şəxsə 30 minədək reabilitasiya vasitəsi verilib. Onların bir hissəsinə bu vasitələr yaşadıqları ünvanlara aparılaraq çatdırılıb. Yanvar-avqust aylarında Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 4 min 6 yüz şəxsə reabilitasiya xidmətləri göstərilib.

Mission News Theme by Compete Themes.