Press "Enter" to skip to content

56 min 788 işsiz və işaxtaran işlə təmin edilib

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 8 ayında 56 min 788 işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib. Bu barədə bayraqdar.info-ya sentyabrın 13-də Agentlikdən məlumat verilib.

“Onlardan 22 min 686-sı ödənişli ictimai işlərə cəlb olunub, 314 nəfərinin əmək haqlarının birgə maliyyələşdirilməsi proqramı üzrə işlə təminatı həyata keçirilib”, – deyə məlumatda bildirilib.

O da vurğulanıb ki, bəhs edilən dövr ərzində özünüməşğulluq proqramının icrası da uğurla davam etdirilib. Belə ki, 8 ayda 9296 nəfərin öz təsərrüfatlarını qurmaları üçün qeydiyyatı aparılıb.

Həmçinin 179 işsiz və işaxtaran peşə hazırlığı kurslarına cəlb olunub, 2315 şəxsə işsizlikdən sığorta ödənişi təyin edilib.

Mission News Theme by Compete Themes.