Press "Enter" to skip to content

Türk Keneşi nazirləri Bakıda görüşdü

Son yeniləmə: 12 Sentyabr 2021 21:30

Bayraqdar.info – Sentyabrın 10-da Bakıda Türk Keneşi İqtisadiyyat Nazirlərinin 10-cu iclası çərçivəsində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğızıstan baş nazirinin müavini, Qırğızıstan iqtisadiyyat və maliyyə naziri Akılbek Caparov arasında ikitərəfli görüş keçirilib.

Bu barədə sentyabrın 12-də bayraqdar.info-ya Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev məlumat verib.

Səfir bayraqdar.info-ya bildirib ki, görüş çərçivəsində tərəflər Qırğızıstan və Azərbaycan iqtisadi ticarət əməkdaşlığının yüksək potensialını qeyd ediblər. Dövlətlər arasında qarşılıqlı ticarət və sərmayə qoyuluşu sahəsində iki ölkə ərazisində ortaq layihələrin həyata keçirilməsi yolu ilə əlaqənin artırılmasına dair təkliflər təqdim edilib.

Həmçinin, tərəflər əməkdaşlığa aid digər problemləri də diqqətə çatdırıblar və problemlərin həlli yolları müzakirə edilib.

Səfirin sözlərinə görə, eyni zamanda, tərəflər, koronavirusla mübarizə tədbirləri ilə əlaqədar olaraq, müsbət nəticələr verəcək və mövcud mühitdə əlaqələrin dinamik inkişafına töhfə verəcək ən yüksək mütəxəssis səviyyəsində oflayn və onlayn danışıqların aparılmasının effektivliyini vurğulayıblar.

Görüşdən sonra hər iki tərəf ikitərəfli münasibətlərin daha da səmərəli inkişafına ümid bəslədiklərini səsləndiriblər.

Mission News Theme by Compete Themes.