Press "Enter" to skip to content

“SFA Federasiyası Kuboku 2021” yarışı başa çatıb

Bayraqdar.info – Sentyabrın 12-də Azərbaycan Yelkənli İdman Federasiyasının təşkilatçılığı ilə keçirilən “SFA Federasiyası Kuboku 2021” adlı yelkənli qayıqların yarışı başa çatıb.

Bu barədə bayraqdar.info-ya Azərbaycan Yelkənli İdman Federasiyasından məlumat verilib.

Bildirilib ki, 3 gün davam edən turnirdə Federasiyasının “Dənizçi”, “XəzərYaxt”, “Windsurfing Baku” klublarının 9-42 yaş arası yelkənçiləri və külək sörfçüləri iştirak edib. “Optimist” sinifi üzrə 9-15, “Ilca-4” sinifi üzrə 15-18, “Ilca-7” və “Open Windsurf”  sinifləri  üzrə isə 18 yaşdan yuxarı idmançılar qalibiyyət uğrunda mübarizə aparıblar. 35 idmançının iştirak etdiyi yarışa Yelkənli İdman Federasiyasının idman meneceri Burcu Algon Giorgian başçılıq edib.

Yarışın son günü qaliblərin 4 qrup üzrə mükafatlandırılması mərasimi keçirilib. Turnirin bütün iştirakçılarına isə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Azərbaycanda “SFA Federasiyası Kuboku 2021” yarışı artıq 5 ildir təşkil edilir.

Mission News Theme by Compete Themes.