Press "Enter" to skip to content

Yalnız Türkiyənin zəmanəti və türk əsgərlərinin varlığı ilə

Ersin Tatar

Bayraqdar.info – “Yalnız Türkiyənin zəmanəti və türk əsgərlərinin varlığı ilə Kıbrısdakı təhlükəsizliyimizi təmin edə bilərik.” Bunu İzmirdəki görüşlərini tamamlayıb, Kuzey Kıbrıs Türk Cümhuriyyətinə dönən və Ercan Hava Limanında açıqlama verən Cümhurbaşqanı Ersin Tatar deyib.

KKTC Cümhurbaşqanlığından verilən məlumat görə, E.Tatar Türkiyə səfərinin uğurlu olduğunu bildirib.

Açıqlamasında bir sıra önəmli məqamlara da toxunan Cümhurbaşqanı BMT-nin Kıbrıs özəl təmsilçisi Elizabeth Speharın zəng etdiyini deyib. E.Tatar E.Spehara sentyabrın 18-də Nyu-Yorka gedəcəyini və sentyabrın 26-da orada qalacağını bildirib. Bu səfər zamanı BMT Baş katibi ilə də görüşəcək E.Tatar bir sıra müzakirələr aparacaq.

KKTC Cümhurbaşqanı adada əbədi sülhün əldə edilməsi şərtlərini bir daha xatırladıb. Həmçinin KKTC-nin varlığının və təhlükəsizliyinin təmini üçün türk əsgərinin burada olmasının vacibliyi bir daha bəyan edilib.

Mission News Theme by Compete Themes.